24 Avqust 10:02
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Meta Korporasiyası” iranlı haker qrupunun ABŞ prezidenti Cozef Bayden və eks-prezident Donald Tramp administrasiyası ilə əlaqəli olan amerikalı məmurların vatsap hesabını sındırmağa cəhd etdiklərini açıqlayıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətin saytında məlumat dərc olunub.

“İstifadəçi sorğularını nəzərdən keçirdikdən sonra təhlükəsizlik qruplarımız özlərini texnologiya şirkətlərinin dəstək nümayəndələri kimi təqdim edən kiçik bir qrupun vatsapını bloklayıblar.

Araşdırma zamanı, siyasətçiləri və diplomatları hədəf alaraq internetdə fişinqlə məşğul olan İranın APT24 haker qrupu ilə əlaqə yaradılıb. Haker hücumu İsrail, Fələstin, İran, ABŞ və İngiltərədəki şəxsləri hədəf alıb. Hücuma məruz qalan hesablar sındırılmayıb”, - məlumatda deyilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər