Tayvanda Çin üçün casusluq şəbəkəsi yaratmaqda ittiham olunan ehtiyatda olan zabit Çen Yu-hsin barəsində açılan cinayət işi yekunlaşıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli məhkəmə hökm qəbul edib.
Tayvan Ali Məhkəməsi 2023-cü ilin noyabrında açılan iş üzrə mühakimə olunan 10 əsgərdən 8-ni 18 aydan 13 ilə qədər həbs cəzasına məhkum edib.
Məlumatda 2022-ci ildə Çin üçün casus şəbəkəsi qurmağa cəhd etməkdə şübhəli bilinən Çen haqqında başladılan istintaqda müttəhimin daha iki ehtiyatda olan zabiti ona kömək etməyə razı saldığı, 5 zabitin rüşvət müqabilində hərbi sirləri sızdırdığı qeyd edilib.