24 Avqust 08:50
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentliyinə namizəd Donald Tramp ştatın yüksək vəzifəli şəxslərinin həyatına sui-qəsdləri araşdırmaq üçün prezident komissiyası yaratmağa söz verib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, o, bu barədə Arizonada kiçik Robert Kennedi ilə birlikdə keçirdiyi mitinqdə deyib.

O, həmçinin bu halda sabiq prezident Con Kennedi sui-qəsdi ilə bağlı sənədlərin ictimaiyyətə açıqlanacağını bildirib. Həmin komissiya eyni zamanda Trampın özünə qarşı baş tutmuş sui-qəsd cəhdini də araşdıracaq.

“Bu, Bobbiyə (Robert Kennedy) hörmətdir. Bu axşam elan edirəm ki, seçiləndən sonra sui-qəsdləri araşdırmaq üçün yeni müstəqil Prezident Komissiyası yaradacağam”, - deyə Tramp deyib.


Müəllif: Arzu

Oxşar xəbərlər