Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu meymunçiçəyi virusu ilə bağlı əhaliyə çağırış edib.
Teleqraf.com “Habertürk”ə istinadən xəbər verir ki, o, insanlara diqqətli olmağı, xüsusilə şəxsi gigiyena qaydalarına əməl etməyi tövsiyə edib.
“Ən vacib şey şəxsi gigiyenadır. Həmçinin, biz həm sərhədlərdə, həm də ölkə daxilində lazımi tədbirlər görmək, o cümlədən vaksinasiya prosesi həyata keçirmək iqtidarındayıq. Ona görə də qorxuya, panikaya ehtiyac yoxdur. Hələ ki, memymunçiçəyi diaqnozu qoyulmuş xəstəmiz yoxdur. Olarsa da, öhdəsindən gələrik. Türkiyə həm meymunçiçəyinin, həm də digər yoluxucu xəstəliklərin yayılma ehtimalına hazırdır".