Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto Polşanı Rusiya ilə gizli ticarətdə ittiham edib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
"Polşalı qardaşlarımız sakitcə eyni şeyi edirlər, ona görə də bu barədə açıq və dürüst danışdığımız üçün bizi tənqid etməməlidirlər" - nazir qeyd edib.
Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, 2023-cü ilin sonuna qədər Rusiya ilə Polşa arasında ticarət dövriyyəsi 6 milyard avroya çatıb.