25 Avqust 01:30
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ölkədə 1 milyona yaxın yeni iş yeri açdığını deyən ABŞ Prezidenti Co Baydeni ələ salıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Diplomat Donald Trampla debat zamanı istehsalat sektorunda 800 min yeni iş yerinin yaradıldığını elan edən Baydenin sözlərinə diqqət çəkib:

"Seçki ərəfəsində ABŞ əmək departamenti demokratlar administrasiyasının makroiqtisadi göstəricilərinə yenidən baxıldığı hesabat dərc edib. Beləliklə: Bayden və Harrisin guya yaratdığı 800 min iş yeri sadəcə mövcud deyil. Amerika sosial mediası, yəni yalan xəbərlərə qarşı mübarizə aparanlar "qaynayır"".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər