27 Avqust 16:32
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyası pravoslavlığı dövlət dini elan etməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın müxalifət mediası mənbələrə istinadla məlumat yayıb.

İddiaya görə, “Gürcü Arzusu” seçkiqabağı proqramına pravoslavlığın dövlət dini elan edilməsi məsələsini də daxil edib. Artıq məsələ ilə bağlı yüksək rütbəli din adamlarının iştirakı ilə partiya arasında məsləhətləşmələrin keçirildiyi bildirilir.

“Bütün Gürcüstanın patriarxı II İlya təşəbbüsün əleyhinədir, bunun lazım olmadığını və belə bir addımın tarixi məqamının hələ yetişmədiyini söyləyib. Həmçinin bəzi kilsə xadimlərinin əks arqumenti ondan ibarətdir ki, bu halda kilsə dövlətdən daha az müstəqil olacaq.

Hökumətdən hələlik heç bir rəsmi açıqlama verilməyib, amma “Gürcü Arzusu” açıq şəkildə bildirib ki, məqsədləri Gürcüstanın kimliyi və milli dəyərlərini qorumaqdır. Partiyanın təsisçisi Bidzina İvanişvili bəyan edib ki, yaxın gələcəkdə ictimaiyyətə Gürcüstan və xristianlıq üçün ekzistensial əhəmiyyət kəsb edən çox mühüm məsələ barədə məlumat veriləcək”, - məlumatda deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər