Prezident Emmanuel Makron sol koalisiyanın proqramını rədd etdikdən sonra Fransa Sosialist Partiyasının sədri Olivye For yeni hökumətin formalaşdırılması ilə bağlı onunla danışıqlardan imtina edib.
Teleqraf.com xəbər verir ki, siyasətçi Fransa liderini “yalançı demokrat” adlandırıb.
“Mən demokratiyanın simulyasiyasında iştirakdan imtina edirəm. İnnən belə onun bizə nə sözü olacaq?”, - For vurğulayıb.
Onun fikrincə, dövlət başçısı mövcud problemlərin həlli üçün hər hansı qərar təklif vermək iqtidarında deyil: “Makron və onun dostlarına görə Fransa demokratiyası bu gündədir”.
For Makronun Fransanı diktaturaya sürüklədiyini söyləyib:
“Bizdən əbədi makronizmi dəstəkləməyi tələb edirlər. Cavabım “yox”dur. Biz makronizmin hər hansı genişlənməsinin əleyhinəyik”.