27 Avqust 23:27
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Vətənpərvər Partiyasının lideri Florian Filippot teleqram sosial şəbəkəsinin təsisçisi Pavel Durovun həbsinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında yazıb.

“Doğrudanmı, Makron Pavel Durovu tutdu?! “Le Canard Enchaîné” yazıb ki, teleqram CEO-su polisə həmin axşam Makronla şam yeməyi planlaşdırdığını deyib! Makron ağalarının tələb etdiyi missiyanı yerinə yetirmək üçün bu cür yalana kifayət qədər qadirdir: ifadə azadlığını müdafiə edən hər kəsi həbs etmək! Makrondan izahat tələb edirik!”, - deyə siyasətçi qeyd edib.

Xatırladaq ki, P.Durov avqustun 24-də axşam saatlarında Parisin Le-Burje hava limanında saxlanılıb. Fransa mediası yazır ki, Durov Fransada axtarışda olan şəxslər siyahısına daxil edilib. Onun saxlanmasına dair order Fransa məhkəmə polisi tərəfindən ilkin istintaqa əsasən verilib. Fransa hakimiyyəti teleqramda moderasiyanın olmaması səbəbindən Durovu narkotik alverində, uşaqlara qarşı cinayətlərdə və dələduzluqda günahlandırır. İddialara görə, iş adamını 20 ilə qədər həbs gözləyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər