Ağ Evin sözçüsü Con Kirbi İsraili müdafiə etməyə hazır olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
O bildirib ki, İran İsraili vura bilər və bu halda ABŞ yəhudi dövlətini müdafiə edəcək.
“Biz İrana iki mesaj göndərdik. Əvvəla, bunu etmə... İkincisi, bu olarsa, biz İsraili müdafiə etməyə hazır olacağıq”, – Kirbi bildirib.