Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhəri istiqamətində ciddi taktiki uğurlar əldə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Mənbə Ukrayna qoşunlarının Pokrovskun cənub-şərqindən geri çəkildiyini bildirib.
Son geolokasiya kadrları təsdiqləyir ki, Rusiya qüvvələri Novoqrodivkanın şimal-qərbinə (Pokrovskdan cənub-şərq) doğru son təsdiqlənmiş mövqelərindən iki kilometrdən çox irəliləyib. Yəni hazırda ruslar şəhərin mərkəzi hissəsində mövqe tuturlar.
Həmçinin Rusiya ordusu Qrodivkanın cənub-şərqində (Pokrovskdan şərqdə) irəliləyib, Kalinovonu (Pokrovskdan daha cənub-şərq) isə ələ keçirib.