Ukrayna ilə bağlı danışıqlar üçün heç bir ilkin şərt yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Hazırda belə danışıqlar üçün heç bir ilkin şərtin olmadığı açıq-aydın görünür”, - Kreml nümayəndəsi bildirib.
Eyni zamanda, Peskov Hindistan Baş naziri Narendra Modinin Rusiya lideri Vladimir Putinlə telefon danışığında Ukraynada sülh təşəbbüsü ilə bağlı planını irəli sürmədiyini vurğulayıb.