28 Avqust 22:48
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran HƏMAS hərəkatının lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailin Afrika, Avropa və Latın Amerikasındakı diplomatik obyektlərinə hücum edə bilər.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) keçmiş rəhbəri, general Kennet Makkenzi deyib.

"Səfirliklər İran üçün asan hədəflərdir", - amerikalı general bildirib.

“Nyu-York Tayms” ABŞ rəsmilərinə istinadla yazır ki, Tehran Qəzza zolağı üzrə danışıqların bitməsini gözlədiyi üçün İsrailə qarşı intiqamı gecikdirir.

Yaxın Şərqdə işləyən diplomatlar nəşrə bildiriblər ki, İranla yanaşı, onun regional müttəfiqi “Hizbullah” terror təşkilatı da İsrailə hücum edə bilər.

İsrail hökuməti İran və "Hizbullah"ın mümkün addımlarının ağır nəticələri barədə xəbərdarlıq edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər