Yeni Kaledoniyanın parlamenti ilin əvvəlində baş vermiş iğtişaşlardan sonra ada ərazisini bərpa etmək üçün Fransa hökumətindən 4,2 milyard avro tələb edən qətnamə qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “La Tribune” qəzeti məlumat yayıb.
Qətnamə adanı xilas və bərpa etmək üçün qəbul olunub.
Qeyd olunur ki, bu məbləğ Yeni Kaledoniyanın illik ÜDM-nin demək olar yarısına bərabərdir.
Xatırladaq ki, mayın 13-də Yeni Kaledoniyanın Numea şəhərində Fransanın yerli seçkilər üçün seçici siyahılarının genişləndirilməsinə dair qanun layihəsinə qarşı törədilən iğtişaşlar nəticəsində adaya 2,2 milyard avroluq zərər dəyib.