BMT Təhlükəsizlik Şurası (TŞ) BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin mandatını daha bir il uzadıb. AZƏRTAC-ın məlumatına görə, Fransanın irəli sürdüyü qətnamədə mandatın 31 avqust 2025-ci ilə qədər uzadılması tələb olunub. Qətnamə səsə qoyularaq TŞ-nin 15 üzvü tərəfindən yekdilliklə qəbul edilib.
Qeyd edək ki, Livanda BMT sülhməramlı missiyası 1978-ci ildən Livanın İsraillə cənub sərhədlərində fəaliyyət göstərir. Missiyanın mandatı hər il yenilənir.