29 Avqust 10:41
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın yüzlərlə hərbi obyekti ABŞ-ın ATACMS uzaqmənzilli raketlərinin əhatə dairəsində qalır. Vaşinqton bu raketlərin Rusiya ərazisinə zərbələr endirmək üçün istifadəsinə icazə verərsə, Ukrayna onları vura bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Rusiya qırıcılarını Qərb tərəfindən təchiz edilmiş “Storm Shadow” və ATACMS raketlərinin əhatə dairəsindən kənara çıxarsa da, xeyli sayda hərbi obyekti bu sistemlərin əhatə dairəsində qalır .

ISW hesab edir ki, məhdudiyyətlər Rusiyaya Ukraynaya qarşı hərbi əməliyyatları dəstəkləmək üçün arxa tərəfdə yerləşdirilmiş sistemlərdən istifadəyə imkan verir.

İnstitutun iddiasına görə, ABŞ Britaniyaya Ukraynaya Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirmək üçün “Storm Shadow” raketlərindən istifadəyə icazə verməsinə mane olur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər