29 Avqust 12:06
4 233
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ərazisində daha bir strateji obyektin məhv edilməsi barədə məlumatı təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, avqustun 28-nə keçən gecə Rusiyanın Rostov vilayətindəki “Atlas” neft bazasına hücum edilib.

Baş Qərargah bildirib ki, zərbə nəticəsində çənlərin yerləşdiyi hissədə yanğın baş verib.

Məlumatda qeyd edilib ki, tapşırıqlar Ukrayna ordusunun Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və Müdafiə Qüvvələrinin digər komponentləri ilə əməkdaşlıq şəraitində həyata keçirilib.

Bundan əlavə, Ukrayna ordusu Kirov vilayətindəki “Zenit” neft bazasına və Voronejdəki “Zapad” artilleriya anbarına zərbələr endiriblər.

“Hazırda dəymiş ziyanla bağlı ətraflı məlumat dəqiqləşdirilir. Müdafiə Qüvvələri Rusiya işğalçılarının hərbi-iqtisadi potensialını sarsıtmaq və Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünü dayandırmaq üçün bütün tədbirləri görməyə davam edir”, - Baş Qərargah əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər