29 Avqust 12:15
5 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunları şərqdə irəliləməyə davam edir, Ukraynanın isə Pokrovsk cəbhəsində yerləşdirmək üçün əlavə qüvvəsi yoxdur. Bir çox ehtiyat briqada Kursk əməliyyatına cəlb olunub.

Teleqraf.com xəbər verir ki, bunu “Forbes”in analitiki Devid Eks deyib.

“Pokrovsku ələ keçirməklə Rusiya bütün şərq cəbhə xətti boyunca Ukraynanın müdafiəsini zəiflədə bilər. Bu, Donetsk bölgəsinin tam işğalına səbəb ola biləcək genişmiqyaslı Rusiya hücumu üçün ən vacib ilkin şərtdir”, - ekspert bildirib.

Eks belə bir ritorik sual verir ki, niyə Ukrayna öz ordusunu Pokrovskun müdafiəsinə yox, Kurska göndərir? Əsas izahatlardan biri budur ki, bu addım Rusiya qoşunlarının diqqətini şərqdən yayındırmalı, Pokrovska təzyiqi azaltmalı idi. Amerikalı analitik hesab edir ki, Kiyevin bu manevri alınmadı.

“Əgər söhbət bundan gedirdisə, uğursuz oldu”, - ekspert əlavə edib.

Kurska hücum nəinki Rusiya qüvvələrinin bir hissəsinin Donetskdən çıxarılmasına səbəb olmadı, həm də regionda Ukraynanın qüvvə çatışmazlığını artırıb.

Kreml Ukraynanın hücumunu dayandırmaq üçün ən yaxşı qoşunlarını Kurska göndərmək əvəzinə, gənc və zəif təlim keçmiş çağırışçıları topladı. Bu, Ukraynanı dayandırmasa da, Rusiyaya şərqdəki qüvvələrini bütöv və toxunulmaz saxlamağa imkan verdi.

“Nəticə: Ukraynanın Kurska hücumundan üç həftə sonra Rusiyanın şərqdəki hücumu nəinki davam edir, əksinə, sürətlənir. Pokrovsku müdafiə edən Ukrayna qüvvələri say baxımından ruslardan təxminən iki dəfə geridədir. Kömək olmasa, Pokrovsku təslim etməkdən başqa çarələri qalmayacaq. Və bu, tezliklə baş verə bilər”, - Eks yazır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər