30 Avqust 08:13
392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada “Şanşan” qasırğası səbəbindən 630-dan çox aviareys təxirə salınıb.

Teleqraf.com xəbər verir ki, təbii fəlakət zamanı xəsarət alanların sayı 80 nəfəri ötüb, 3 nəfər ölüb. Bundan əlavə, Kyuşuda 130 mindən çox ev işıqsız qalıb.

Fəlakətin şiddətinə görə, Tokio və Osaka arasındakı ən işlək xətt də daxil olmaqla, bir çox marşrutlarda Shinkansen yüksək sürətli qatarları da ləğv edilib.

İndi Şanşan Oita prefekturasında yerləşir və yavaş-yavaş şimal-şərq istiqamətində hərəkət edir. Tayfun zonasında küləyin sürəti 23-35 m/s-ə çatır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər