30 Avqust 16:46
1 346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kreml Monqolustanın Beynəlxalq Cinayətlər Məhkəməsində (BCM) iştirakından narahat deyil, çünki Moskvanın Ulan-Batorla əla dialoqu var.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 3-də Monqolustana dövlət səfərinə getməyi planlaşdırır. Peskov vurğulayıb ki, səfərin bütün aspektləri diqqətlə işlənib.

“Narahat olmayın, Monqolustanda dostlarımızla gözəl dialoqumuz var”, - Kremlin sözçüsü müvafiq suala cavabında deyib.

Qeyd edək ki, BCM ötən il Ukraynadakı müharibə ilə əlaqədar Rusiya prezidentinin həbsinə order verib. Beynəlxalq məhkəmənin nizamnaməsinə görə, quruma üzv dövlətlər verilən qərarları yerinə yetirmək öhdəlikləri daşıyırlar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər