Şimali Koreya lideri Kim Çen In Rusiyadan yeni atlar alıb. Şimali Koreya ilə dəmir yolu əlaqəsi olan Primorsk vilayətinin Baytarlıq İdarəsinin açıqlamasına görə, ötən bazar günü sərhəddən 24 at keçib.
Teleqraf.com xəbər verir ki, 19 ayğır və 5 madyan Kimin ən çox sevdiyi Oryol cinsidir.
Bu cinsdən 30 at 2022-ci ildə də Pxenyana göndərilib.
Şimali Koreya nüvə silahı və ballistik raketlər hazırlasa da, dünyanın ən qədim hərbi texnologiyalarına sərmayə qoyur və atlı hərbi birləşmələr yaradır. Rəsmi hesabatlarına görə, 2020-2023-cü illərdə ölkə Rusiyadan gətirilən damazlıq atlara ən azı 600 min dollar xərcləyib.
Kim üçün onların dəyəri hərbidən daha simvolikdir: atlar onun özü və ailəsi ətrafında yaratdığı şəxsiyyət kultunda mühüm rol oynayır. Uşaqlığı və gəncliyi ilə bağlı xəbərlərdə dövlət mediası onun atası Kim Çen İrlə at çapdığı günlərdən kadarlar da verir. 2018-ci ildə onun həyat yoldaşı Li Sol-ju, eləcə də bacısı və yaxın köməkçisi Kim E-çonla at belində fotoşəkilləri yayılmışdı.
Bu ilin fevralın dövlət mediası Koreya Xalq Ordusunun 75-ci ildönümünə həsr olunmuş hərbi paradda Kim və bəzilərinin onun qanuni varisi hesab etdiyi kiçik qızı Çu-enin Oryol cinsinin belində görüntülərini dərc etmişdi.