31 Avqust 14:30
14 751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviya Mərkəzi Bankının sədri Sadiq əl-Kəbir təhlükəsizliyi ilə bağlı narahatlığına görə ölkəni tərk edib.

Teleqraf.com xəbər verir ki, bu barədə bank rəhbərinin özü məlumat verib.

“Yaraqlılar bank işçilərini hədələyir, qorxudur, bəzən də işə getmələrinə mane olmaq üçün onların övladları və qohumlarını oğurlayırlar”, - əl-Kəbir bildirib.

Mərkəzi Bankın sədri ilə yanaşı, bu qurumun rəhbərliyində təmsil olunan bir sıra şəxslər də Liviyadan qaçıblar.

Yaxınlarda Liviyada Mərkəzi Bankın bir əməkdaşı silahlı qruplaşmalar tərəfindən oğurlanıb. Bankın fəaliyyətini dayandırması və çağırışlar nəticəsində oğurlanan şəxs sərbəst buraxılıb.

BMT həftənin əvvəlində birtərəfli qərarların dayandırılması, neft yataqları ilə bağlı fors-major halların aradan qaldırılması, gərginliyin və güc tətbiqinin dayandırılması və Mərkəzi Bankın əməkdaşlarının müdafiəsinə çağırıb.

Liviya Mərkəzi Bankına nəzarətlə bağlı böhran yeni deyil. BMT tərəfindən tanınan Tripolidəki Milli Birlik Hökuməti ilə Tobruqdakı Xəlifə Haftar rejimi quruma nəzarət uğrunda mübarizə aparır.

Liviyaya milyardlarla dollar qazandıran neft gəlirləri Mərkəzi Bank tərəfindən idarə olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər