31 Avqust 14:53
3 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Bayden administrasiyası F-16 qırıcıları da daxil olmaqla Qərb hərbi texnikalarını saxlamaq üçün Ukraynaya mülki mütəxəssislərin göndərilməsi təklifini rədd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

ABŞ Milli Təhlükəsizlik Şurası bundan öncə Ukraynaya mütəxəssislərin göndərilməsi məsələsini nəzərdən keçirib, amma kəşfiyyat mövcud durumda bunun təhlükəli ola biləcəyini əsas gətirərək bu ideyadan imtina etməyi tövsiyə edib.

“Kəşfiyyat ictimaiyyəti Rusiyanın Ukraynada amerikalı mütəxəssisləri öldürməsi perspektivindən narahatlığını bildirib”, WSJ rəsmilərdən birinə istinadla yazıb.

Bayden administrasiyası gələcəkdə amerikalı mütəxəssislərin Ukraynaya göndəriləcəyini istisna etmir, amma bu, yaxın vaxtlarda baş verməyəcək.

Analitiklərin fikrincə, döyüş təyyarələrinə texniki qulluq Ukraynanın müdafiəsi üçün həlledici məqamlardan biri ola bilər. Ehtimal edilir ki, bu missiyanı Kiyevin avropalı müttəfiqləri yerinə yetirəcək.

Avqustun 26-da baş vermiş kütləvi raket hücumu zamanı Ukrayna Qərb tərəfindən ona verilmiş F-16 qırıcılarından birini itirib. Silahlı Qüvvələrin Baş Qərargahı təyyarənin itdiyini və pilotun öldüyünü təsdiqləyib. Qırıcının yanlışlıqla Ukrayna ordusu tərəfindən vurulması ehtimalı var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər