Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Telegram" sosial şəbəkəsinin sahibi Pavel Durovun ölkəsində fəaliyyəti ilə bağlı danışıb.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, o, bu barədə jurnalist Pavel Zarubinə şərhində danışıb.
Mətbuat katibi bildirib ki, "Telegram" sahibi Pavel Durova messencerin Rusiyadakı fəaliyyəti ilə bağlı suallar olub, lakin o, burada həbs olunmayıb.
“Onu burada heç kim həbs etməyib. Təbii ki, suallar var idi. Bəli, doğrudan da, terrorçular Telegram şəbəkəsindən istifadə edirlər, lakin avtomobillərdən də istifadə edirlər. Renault və ya Citroen-in baş direktorları niyə həbs edilmir?” - Peskov deyib.