İsrailin Qəzza zolağının mərkəzi hissəsinə endirdiyi hava zərbəsi nəticəsində Fələstinin “İslami Cihad” qruplaşmasının səhra komandiri Məhəmməd Katrui zərərsizləşdirib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Katrui Qəzzanın mərkəzindən İsrailə raket zərbələri endirməyə cavabdeh olub.
Bundan əvvəl İsrail Hərbi Hava Qüvvələrinin Suriya-Livan sərhədinə endirdiyi zərbə nəticəsində Fələstinin “İslami Cihad” qruplaşmasının üzvü Faris Qasim öldürülüb.