1 Sentyabr 15:56
1 623
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Məsud Pezeşkian dünən axşam ilk dəfə geniş müsahibə verib.

Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.

Məlumata görə, dövlət televiziyasında xalq qarşısında çıxış edən prezident bildirib ki, Dövlət Radio-Televiziyasında çıxış etmək istəsə də, protokola əsasən müsahibə Prezident Administrasiyasında aparılıb.

Məsud Pezeşkian prezident seçkisi zamanı xalqa verdiyi vədlərə toxunaraq deyib: “Mən xalqın etimadına görə təşəkkür edirəm və söz verirəm ki, dediklərimi unutmayacağam”, – Pezeşkian bildirib.

Qeyd edək ki, Pezeşkianın vədlərindən biri də İrandakı azərbaycanlıların ana dilində təhsil almasının təmin edilməsidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər