Ukrayna silahlı qüvvələri Debaltsevo şəhərinə doğru 4 kilometr geri çəkilib.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bu barədə ATƏT-in xüsusi monitorinq missiyasının hesabatında deyilir. Yayılan məlumatlara görə, hazırda döyüşlər şəhərin Çernuxino rayonunda davam edir. Bu səbəbdən 200-ə yaxın rayon sakininin təxliyyə edildiyi bildirilib.
Rəsmilər təxliyyə zamanı separatçıların açdığı atəş nəticəsində 3 dinc sakinin yaralandığını açıqlayıblar.
Samir