SSRİ-nin ən zəngin respublikasından biri olan Moldova Avropanın ən kasıb ölkəsinə çevrilib.
Teleqraf.com xəbər verir ki, bunu Moldova Kommunistlər və Sosialistlər Blokundan deputatı Boqdan Çırdya deyib.
“Avropa inteqrasiyasının 20 ili ərzində Moldova SSRİ-nin ən zəngin respublikasından Avropanın ən kasıb ölkəsinə çevrilib. Bu gün Moldova və Ukraynanın hər birinin adambaşına düşən ÜDM-i (Ümumi daxili məhsul) 4,5 min dollar təşkil edir. Bu, Azərbaycandan iki dəfə, Rusiyadan üç dəfə aşağıdır”, - deyən deputat ölkənin sənayesizləşdirmə, şəhərsizləşdirmə və məktəbsizləşdirmə yolunu davam etdirməklə modernləşmə şansını əldən verdiyini qeyd edib.