1 Sentyabr 20:04
242
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO ölkələrinin müdafiə xərclərinin artacağı təxmin edilir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Defence One” məlumat yayıb.

Avqustun sonunda Donald Tramp NATO ölkələrinin ÜDM-in 3 faizini müdafiəyə xərcləməli olduğunu bildirib. NATO baş katibinin müdafiə siyasəti və planlaşdırılması üzrə köməkçisi Anqus Lapsley də onunla razılaşıb.

"Bəli. Düşünürəm ki, onlar bunu etməlidirlər və edə bilərlər”, - Lapsli qeyd edib. Onun sözlərinə görə, müdafiə xərcləri hazırda baş verə biləcək təhlükələri nəzərə alaraq müdafiə xərcləri iki faizlik həddi keçməlidir.

Estoniyanın müdafiə naziri Hanno Pevkurun proqnozuna görə, bir-iki ildən sonra müdafiə xərcləri 3,7 faizə yüksələcək. "Defense One" jurnalistləri vurğulayıblar ki, NATO-nun digər rəsmiləri milli təhlükəsizliyin təkcə ordudan asılı olmadığı qənaətindədirlər.

Qeyd olunur ki, NATO ölkələri arasında müdafiə xərcləri qeyri-bərabər olaraq qalır. Polşa və Estoniya buna ÜDM-in 4,1 və 3,4 faizini ayırırdığı halda Portuqaliya 1,6 faiz, İspaniya isə cəmi 1,3 faiz xərcləyir.


Müəllif: Arzu

Oxşar xəbərlər