2 Sentyabr 11:56
2 340
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir sıra ölkə yarımkeçiricilərin istehsalını genişləndirməyə çalışır. Bu sırada Hindistan da var. Bu ölkənin baş naziri Narendra Modi Sinqapura səfəri zamanı yarımkeçiricilərlə bağlı saziş imzalayacaq. Modinin Sinqapura sonuncu səfəri 2018-ci ildə olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, yarımkeçiricilər üzrə pakt Hindistanın bu sektorda ABŞ, Tayvan, Avropa İttifaqı və digər tərəfdaşları ilə əməkdaşlığı gücləndirdiyi bir vaxta təsadüf edir:

“Hindistanın “Tata Electronics” şirkəti ilə Tayvanın “Powerchip Semiconductor Manufacturing Corporation” (PSMC) şirkəti arasında əməkdaşlıq bu ölkədə ilk kommersiya yarımkeçirici fabrikinin yaradılmasına gətirib çıxarıb.

Dehli Sinqapurla başqa layihələr də reallaşdırmaq istəyir. Sinqapur Hindistan hökuməti tərəfindən 12 sənaye parkına sərmayə qoymağa dəvət edilib. Dünyanın maliyyə mərkəzi olması ilə tanınan “Lion City” layihələrə baxmaq və investisiya qoymaq üçün Hindistana bir heyət göndərəcək. Sinqapur Hindistanın ən böyük xarici sərmayədarıdır və 2000-ci ildən bəri bu ölkənin birbaşa investisiya kapitalı daxilolmalarının təxminən 23 faizini təşkil edir.

Dehli dayanıqlı təchizat zəncirləri qurmaq məqsədilə yarımkeçiricilər kimi texnologiyaların inkişafı üçün Yaponiya ilə də əməkdaşlığı araşdırır. Dehli ilə Tokio arasında əməkdaşlıq yarımkeçicilərlə məhdudlaşmır. Yaponiya və Hindistan təhlükəsizlik sahəsində 20 ildir əməkdaşlıq edir. Avqustun 20-də Dehlidə 2+2 formatında danışıqlar keçirilib. Yaponiya və Hindistanın xarici və müdafiə nazirləri ayrı-ayrılıqda görüşüb müzakirə aparıblar. Çinin Hind-Sakit okean regionunda hərbi, siyasi-iqtisadi qüdrətini genişləndirməsinə qarşı tərəfdaşlığın gücləndirilməsi müzakirə olunub.

Nazirlər həmçinin “müasir prioritetləri əks etdirmək və üzləşdikləri müasir təhlükəsizlik çağırışlarına cavab vermək üçün” Yaponiya və Hindistanın 2008-ci ilin oktyabrında ilk dəfə imzaladığı təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında birgə bəyannaməni yeniləmək və ona düzəlişlər etmək barədə razılığa gəliblər. Əməkdaşlığın prioritet sahələrinə kiber və kosmos da daxil edilib”.

Təhlildə bildirilir ki, Yaponiyanın 2022-ci il Milli Təhlükəsizlik Strategiyasında Hindistanla təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi açıq şəkildə vurğulanır. Hindistanın Yaponiyadakı diplomatik postlarının ümumi sayı üçdür. Yaponiya isə Hindistanda beş diplomatik missiya saxlayır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər