2 Sentyabr 20:12
1 720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna 1991-ci il sərhədləri daxilində NATO-ya üzv olacaq, başqa format müzakirə olunmayıb.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna baş nazirinin Olqa Stefanişina deyib.

Üzvlüyün hibrid variantları ilə bağlı müzakirələri, məsələn, NATO-nun zəmanətlərinin de-fakto Ukraynanın nəzarətində olan ərazilərə şamil edilib-edilməyəcəyi məsələsini şərh edən rəsmi söyləyib ki, müttəfiqlər təklif verməmişdən əvvəl Ukrayna mövqeyini bilməlidirlər.

Eyni zamanda o əlavə edib ki, Ukrayna bütün müttəfiqlərini dinləyəcək, NATO-ya üzv olan 32 ölkənin hər biri ilə danışıqlar aparacaq.

“Biz heç vaxt NATO-ya üzvlük məsələsində müəyyən məhdudiyyətlər və ya yenidən bölüşdürülmə ilə bağlı suallar verməyəcəyik. 1991-ci ilin sərhədləri ilə NATO-ya daxil olmaq istəyən suveren və müstəqil ölkə olan bir Ukrayna var”, - Stefanişina vurğulayıb.

Onun sözlərinə görə, artıq söhbət Ukraynanın NATO-ya qəbulu ilə bağlı qərarın ratifikasiyasından gedəcəyi mərhələdə Kiyev bu barədə hamı ilə danışacaq

“Amma indiki mərhələdə Ukrayna və müttəfiqləri arasında belə müzakirələrin aparıla biləcəyi format yaradılmayıb”, - Stefanişina qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər