Rusiyada Dövlət Dumasının deputatı Kursk vilayətində bütün uşaqların çıxarılmasını təklif edib.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu təkliflə Dövlət Dumasının Ailənin Mühafizəsi, Atalıq, Analıq və Uşaqlıq Məsələləri Komitəsinin rəhbəri Nina Ostanina çıxış edib.
O qeyd edib ki, hazırda sərhəd bölgəsində azyaşlılar daim təhlükə altındadır.
“Mən təklif edərdim ki, alideynlərin razılığı ilə Kursk vilayətindən bütün uşaqları çıxaraq” – deputat çıxışında deyib.