Böyük Britaniya İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) Əl-Qüds qoşununa sanksiya tətbiq edib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın hökumət saytı məlumat yayıb.
Bununla yanaşı, SEPAH-ın bölmə komandiri Həmid Fazeliyə krallığa giriş qadağan olunub. Aşkar edildiyi təqdirdə onun bank hesablarının dondurulmasını nəzərdə tutan məhdudiyyətlər tətbiq edilib.
Əbdülfəttah Ənvazian və Behnam Şəhriyari də məhdudlaşdırıcı tədbirlərə məruz qalıb. Ənvazianın Birləşmiş Krallıqda sabitliyi pozmağa yönəlmiş pozucu fəaliyyətlərdə iştirakı qeyd olunub. Şəhriyari isə İsrail, İraq, Yəmən və Livanda vəziyyətin sabitliyini pozmağa yönəlmiş fəaliyyətlərinə görə qara siyahıya düşüb.
Ümumilikdə, Böyük Britaniyanın İrana qarşı sanksiyalar siyahısında 27 hüquqi və 190 fiziki şəxs var.