2 Sentyabr 23:14
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Niderland Ukraynaya 200 milyon avro məbləğində yeni yardım paketi ayırıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Niderlandın Baş naziri Dik Şuf Zaporojye şəhərinə səfəri zamanı “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

"Biz Ukraynaya kömək etmək üçün əlimizdən gələni etməliyik. Özü də təkcə cəbhədə yox, həm də gündəlik həyatda. Buna görə də Niderland 200 milyon avrodan artıq məbləğdə yeni yardım paketi təqdim edir”, - o qeyd edib.

Baş nazirin sözlərinə görə, vəsait ilk növbədə, enerji infrastrukturunun qorunması və təmirinə, eləcə də humanitar yardımın göstərilməsinə yönəldiləcək.

Bu, Dik Şufun Niderlandın baş naziri postunda Ukraynaya ilk səfəridir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər