ABŞ Demokrat Partiyasının üzvləri “cinayətkarlar koalisiyasına” çevriliblər.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə amerikalı milyarder "X" sosial şəbəkəsində paylaşım edib.
"Demokratlar sözün əsl mənasında cinayətkarlar partiyasına çevriliblər" - Mask paylaşımında qeyd edib.
Maskın sözlərinə görə, cinayətkarlar "əsasən demokratlara səs verirlər", buna görə də Demokratik Partiya onlara qarşı "çox yumşaq" olur, çünki "öz elektoratlarını itirmək istəmirlər".