15 May 2014 11:13
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna mədənçilərinin müstəqil Həmkarlar İttifaqının rəhbəri Mixail Volınets ölkə rəhbərliyindən silah istəyib. Onun sözlərinə görə, silah mədənçilərə ölkənin bütövlüyünə təhlükə yaradan terrorçu və separatçılarla mübarizə üçün lazımdır.

“Artıq mədənçilərin separatçılara cavab verməyin vaxtı çatıb”, - deyə, Volınets bəyan edib.
Rusiyameyilli qüvvələrin Ukrayna dövlətçiliyinə qarşı apardığı siyasəti nəticəsində mədənlərin çoxu fəaliyyətini dayandırıb.

“Mədənlərdə iş demək olar ki, dayanıb. Məvaciblərin verilməsi ilə problemlər yaranıb. Kömür mədənlərdən çıxarılmır. Artıq ölkədə aclıq zəminində etiraz dalğalarının qalxacağı istisna olunmur”, - deyə Volınets bildirib.

Həmkarlar İttifaqının rəhbəri həm də qeyd edib ki, mədənçilər güclü, cəsarətli insanlardır. “Onlar silahlı separatçılardan qorxan insanlar deyil. Ukraynanın şərqində artıq hamı münaqişədən və müharibədən bezib. Artıq hamımız sülh və əmin-amanlıq istəyirik”, - deyə, o əlavə edib.

Ülviyyə


Müəllif: