Konstitusiyanı pozan Salome Zurabişvili Gürcüstanın prezidenti deyil.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
“O, prezident deyil - Salome Zurabişvili Gürcüstanın prezidenti deyil. Konstitusiya Məhkəməsi Salome Zurabişvilinin qeyri-legitim prezident olduğunu, onun konstitusiyanı pozan prezident olduğunu müəyyən edib. Salome Zurabişvilinin prezident postunu formal olaraq saxlamasının yeganə səbəbi Milli Hərəkata (müxalif partiya – red.) dəstəyidir”, - baş nazir bildirib.