4 Sentyabr 12:38
6 848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva Dnestryanıda (Moldova) Rusiya sülhməramlıları və vətəndaşlarına qarşı hər hansı təxribatı Rusiyaya hücum hesab edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Xatırlatmaq istərdik ki, Dnestryanıda yerləşən Rusiya sülhməramlılarından əlavə, 220 mindən çox Rusiya vətəndaşı da yaşayır”, - ölkə rəsmisi bildirib.

Dnestryanıdakı separatçılar 1990-cı ildə birtərəfli qaydada Moldovadan “müstəqillik”lərini elan ediblər. “Qərar” 1992-ci ildə müharibəyə səbəb olub, Rusiya yaranmış durumdan yararlanaraq Moldovanın bu bölgəsinə hərbi qüvvə yeridib.

Son həftələrdə Moldovanın mərkəzi hakimiyyəti ilə qondarma qurum arasında gərginlik yaşanır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər