4 Sentyabr 23:34
303
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Maliyyə Nazirliyi RT telekanalının baş redaktoru Marqarita Simonyan, onun müavinləri Anton Anisimov və Yelizaveta Brodskayaya qarşı sanksiyalar tətbiq edir.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə nazirliyin yazılı açıqlamasında bildirilib.

ABŞ-nin Xəzinə Departamenti “Rossiya Seqodniya” media qrupuna və onun tabeliyində olan “RIA Novosti”, RT, “TV-Novosti”, “Ruptly” və “Sputnik” media təşkilatlarına qarşı sanksiya tətbiq edib.

Qurum sözügedən media strukturlarını ABŞ-da prezident seçkilərinə müdaxilə və seçicilərin ABŞ-dakı seçki prosesinə etimadını qırmağa cəhddə ittiham edir.

Sanksiya siyahısına, həmçinin RT-nin baş direktoru Marqarita Simonyan, onun müavinləri Yelizaveta Brodskaya, Andrey Kiyaşko və Anton Anisimov və digərləri daxil olmaqla 10 nəfərin adı daxil edilib.

Məlumatda bildirilir ki, RT-nin əməkdaşları Rusiya maraqlarını müdafiə edən videomaterialların hazırlanması üçün təxminən 10 milyon dollar vəsait sərf edib.

Sanksiya, həmçinin “RaHDit” haker qrupu və onun rəhbəri, Federal Təhlükəsizlik Xidmətinin keçmiş zabiti Aleksey Qeraşenkoya da tətbiq edilib. Sanksiyanın nəticəsi olaraq, təşkilat və şəxslərin Birləşmiş Ştatlarda olan və ya ABŞ-da olan şəxslərinin mülkiyyətində və ya nəzarətində olan bütün əmlak və əmlak maraqları bloklanacaq.


Müəllif: Arzu

Oxşar xəbərlər