5 Sentyabr 08:13
430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radasına 8 nazirin təyinatı ilə bağlı təqdim göndərilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna parlamentindəki hökumət nümayəndəsi Taras Melnıçuk teleqramda məlumat verib.

Bildirilib ki, parlamentə Baş nazir Denis Şmıhaldan Olha Stefanişinanın Avropa və Avro-Atlantika inteqrasiyası üzrə baş nazirin müavini və ədliyyə naziri, Oleksiy Kulebanın icma və ərazi inkişafı naziri, Vitali Kovalın aqrar siyasət və qida naziri, Matvey Bednı - gənclər və idman naziri, Svetlana Qrinçuk - ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri, Nataliya Kalmıkova – veteranlarla iş üzrə nazir, Herman Smetanin - strateji sənayelər naziri təyin edilməsi təklifi daxil olub.

Nikolay Toçitskinin mədəniyyət naziri təyin edilməsi təklifi də irəli sürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər