Yaponiya səfirliyi Yaponiya vətəndaşının Belarus ərazisində saxlanılması faktını təsdiqləyib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Yaponiya səfirliyinin məlumatına görə, 50 yaşlı kişi Belarus hakimiyyəti tərəfindən daxili qanunvericiliyi pozduğuna görə saxlanılıb. Katib əlavə edib ki, saxlanılan şəxslə konsulluq görüşü zamanı onun səhhətində heç bir problem olmadığı məlum olub.
“Bu işlə bağlı olaraq həbsin səbəbi, saxlanma şəraiti və sair barədə hər hansı təfərrüat verməkdən çəkinmək istəyirəm. Biz ona maksimum dəstək verməyə davam edəcəyik”, - deyə Hayaşi bildirib.