ABŞ-da kommersiya neft ehtiyatları iyunun sonundan bəri kəskin şəkildə azalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Amerika Energetika Nazirliyinin statistik məlumatlar yayıb.
ABŞ-ın kommersiya neft ehtiyatları həftə ərzində 6,873 milyon barel azalıb.
Son bir həftə ərzində ABŞ-da distillələrin kommersiya ehtiyatları da 371 min barel azalıb. Benzin ehtiyatları isə əks tendensiya nümayiş etdirərək 848 min barel artıb.