Ukrayna prezidenti Vladimir Zelenski ikinci “sülh sammitində” Rusiya nümayəndələrinin iştirakını vacib sayır.
Teleqraf.com xəbər verir ki, o, bu barədə NBC telekanalına müsahibəsində bildirib.
Beləliklə, ukraynalı siyasətçi Rusiya tərəfinin iştirakı olmadan keçirilən sammitin mənasızlığını etiraf edib: "Biz başa düşürük ki, Rusiya tərəfi olmadan bu müharibəni diplomatik yolla bitirmək çox çətindir".
Ukrayna ilə bağlı ilk sammit iyunun 15-16-da İsveçrədə 91 ölkənin, eləcə də Ukraynanın nümayəndəsinin iştirakı ilə keçirilib. Dəvət olunan 160 ölkə siyahısında Rusiya yox idi.