10 Fevral 2015 15:48
1 692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankarada yerləşən Qazi xəstəxanasında qadın tualetində 10 yaşlı oğlunu boğaraq öldürən ana ifadə verib.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, Nurhan adlı qadın oğlunu qulaqları böyük olduğu üçün öldürdüyünü deyib. Onun sözlərinə görə, oğlunu xəstəxanaya professor Mətin Yılmazın yanına gətirib. Həkim problemin estetik əməliyyat nəticəsində aradan qaldırılmasının mümkünlüyünü bildirib.


Uğurlu əməliyyatdan sonra gecə saatlarında Nurhan oğlunu gəzmək adı ilə palatadan çıxarıb. O, bir müddət gəzdikdən sonra oğlunu qadın tualetinə gətirib və burada başına bağladığı örtük ilə onu boğub. Uşağın öldüyünə əmin olduqdan sonra xəstəxanadan qaçan ana özünü magistral yolda maşınların altına atıb. Yüngül xəsarətlərlə xəstəxanaya gətirilən qadın oğlunu öldürdüyünü etiraf edib. O bildirib ki, qulaqlarının böyüklüyü oğluna həm dost qazanmaqda, həm də məktəbdə mane olub. Qadın bu səbəbdən belə bir yola əl atıb.

Hadisədən sonra dindirilən tibb bacıları da ananın kifayət qədər səmimi olduğunu və oğluna yaxşı qayğı göstərdiyini deyiblər.

Samir


Müəllif: