Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-Körfəz Əməkdaşlıq Şurası nazirlərinin iclasında iştirak etmək üçün Səudiyyə Ərəbistanına gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.
Səfər çərçivəsində Lavrov Rusiya-Körfəz Əməkdaşlıq Şurasının strateji dialoqu çərçivəsində nazirlərin birgə iclasında iştirak edəcək, həmçinin bir sıra ikitərəfli görüşlər keçirəcək.
Əməkdaşlıq Şurası altı ölkəni birləşdirən regional beynəlxalq təşkilatdır: Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı.