8 Sentyabr 23:57
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı teleaparıcı Aleksandr Maslyakovun ölüm səbəbi açıqlanıb. Onun ağciyər xərçəngindən vəfat etdiyi bildirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb.

Qeyd olunur ki, Maslyakov son altı ayda danışmaqda və nəfəs almaqda çətinlik çəkib.

Xatırladaq ki, aprel ayında Maslyakovun ağciyərində əməliyyat olunması mümkün olmayan şişə görə dəstəkləyici müalicə aldığı bildirilmişdi. Teleaparıcının səhhətində problemlərin 2022-ci ildən, koronavirusa yoluxduqdan sonra başladığı qeyd olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər