Rusiya qoşunları Donetsk vilayətinin Çasiv Yar və Toretsk şəhərləri yaxınlığında irəliləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun hesabatında deyilir.
Geolokasiya kadrlarına görə, rus qoşunları Kalınıvkanın şimalında (Çasiv Yarın şimalı) irəliləyib. Həmçinin ruslar Çasiv Yar ətrafında, şəhərin şimalı və cənub-şərqində, eləcə də Toretsk ətrafında, bu şəhərin cənub və cənub-qərbində hücum əməliyyatlarını davam etdirirlər.
Rusiya hərbi mənbələri də Ukrayna qüvvələrinin Nyu-Yorka əks-hücumlarını davam etdirdiyini və qəsəbənin mərkəzinə doğru irəlilədiklərini bildirib.
Rusiya qoşunları da Pokrovsk şəhəri istiqamətində irəliləyir. Həmçinin onlar Selidovoda Ukrayna qüvvələrini mühasirəyə almağa çalışırlar.