9 Sentyabr 14:45
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın Şərq böyük regional müharibənin astanasındadır, Rusiya bunun qarşısını almaq üçün bütün tərəflərlə işləyir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Beynəlxalq ictimaiyyətin Qəzza zolağında döyüşləri və onun sakinlərinin kütləvi ölümünü dayandıra bilməməsi bütün regionda Livan və İsrail sərhədindən Qırmızı dənizə qədər hərbi-siyasi vəziyyətin kəskin pisləşməsinə səbəb olub. Eyni zamanda, İsrail və İran arasında qarşıdurma yeni təhlükəli səviyyəyə çatıb. Biz bütün tərəflərlə vəziyyəti normallaşdırmaq üçün çalışırıq", - Lavrov bildirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər