9 Sentyabr 16:10
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hakimiyyəti dollardan imtina edən istənilən ölkənin mallarına 100 faiz rüsum tətbiq edəcək. Keçmiş prezident və Respublikaçılar Partiyasının namizədi Donald Tramp de-dollarizasiya prosesini başlatmış dövlətləri belə nəticələrlə hədələyib.

Teleqraf.com xəbər verir ki, Respublikaçılar Partiyasının namizədi Donald Trampın sözlərini amerikalı politoloq Malek Dudakov şərh edib.

Politoloq bildirib ki, Trampın belə bir addım ataraq Çin idxalına rüsum tətbiq edərsə, o zaman ABŞ özünə zərər verəcək:

"Daha çox Tramp və komandası bundan təzyiq və şantaj üçün danışıqlar vasitəsi kimi istifadə edə bilər. Tramp komandasının bu cür hərəkətləri yalnız dollara alternativ axtarışını sürətləndirəcək və Amerika bazarı mühüm mallarını itirəcək. Yekunda Avropa və Çin bazarları ilə müqayisədə rəqabət qabiliyyətini zəiflədəcək".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər