10 Sentyabr 01:09
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uels şahzadəsi Keyt Middlton xərçənglə bağlı müalicəsini başa vurduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə o, "X" səhifəsində video paylaşıb.

O, son 9 ayın özü və ailəsi üçün çətin keçdiyini, kimyaterapiya müalicəsini başa vurduğu üçün isə çox sevindiyini bildirib. Eyni zamanda, diqqətini xərçəngdən qorunmağa yönəldəcəyini əlavə edib.

Xatırladaq ki, bu ilin yanvarında Keyt Middlton qarın nahiyəsindən əməliyyat keçirdiyini açıqlamışdı. Mart ayında isə xərçəng hüceyrələrinin aşkarlandığını və profilaktik kimyaterapiya müalicəsi almalı olduğunu bildirmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər